1. Anasayfa
  2. Kültür & Sanat

FREEDOM WRITES (Azadlıq yazıçıları)

FREEDOM WRITES (Azadlıq yazıçıları)
0

FREEDOM WRITES (Azadlıq yazıçıları)
Ölkə; ABŞ;
Müddət; 123 dəq
Janr; bioqrafiya, dram
İl; 2007

FREEDOM WRITES (Azadlıq yazıçıları)

2007.ci ildə yaşanmış real hadisələr əsasında ekranlaşdırılan filmin rejissoru və ssenari müəllifi Richard LaGravenese, prodüseri Denni DeVitodur. Baş rollarda Hilary Swank, Imelda Staunton, Patrick Dempsey kimi aktyorlar oynayıb. “The freedom writes diary” əsərinin motivləri əsasında çəkilib. Filmdən $43,090,741 gəlir hasil olunub. Əsər isə həmin filmin şagirdləri və müəlliminin gündəlikləri toplusudur.

Film haqda

Yaxşı bir insanın, uşaqları din, irq, sosial statusundan asılı olmayaraq sevən vicdanlı müəllimin insanın həyatındaki rolundan bəhs edən bioqrafik bir film. İçində cinayət, azğınlıq, irqlərarası qarşıdurma, eyni sinifdə bir-birlərinə nifrətlə, kinlə baxan, ilk fürsətdə bir-birlərini parçalamağa hazır olan yeniyetmə şagirdlərin həyat hekayəsi.

Amerikanın “arxa küçələrində” baş verən bütün ədalətsizliklərdən, maddi sıxıntılardan və milli, irqi ayrı seçkiliyin çirkinliklərindən nəsibini almış, rejimin qurbanı olmuş müxtəlif millətlərdən olan, həyatları puç olmuş və yaşadıqlarına öz anladıqları şəkildə üsyan edən çətin tərbiyə olunan şagirdlərin toplandığı ümidsiz bir sinif. Hər şey o qədər ümidsizdir ki, sinfə daxil olan hər müəllim bataqlığa düşmüş kimi hiss edir. Ancaq ən ümidsiz halda belə, yalnız ürəyində həqiqi sevgi daşıyan bir insanın – müəllimin görə biləcəyi və ona doğru inamla yürüyəcəyi bir ümid işığı vardır. Və bir gün bu sinfə Erin Qruell adlı gənc müəllimə gəlir. Onunçün də asan olmur. Ətrafdaki hər kəsə qorxuyla, şübhəylə baxan bu uşaqların sevgisini, güvənini qazanmaq heç də asan başa gəlmir. Ancaq səmimiyyət, inam, güvən və sevgi hər şeyin öhdəsindən gələ bilir.

Erin Qruell tətbiq etdiyi fərqli metodikalarla uşaqları bir ailəyə çevirə bilir, hansı ki, ortaya “Azadlıq yazıçılarının gündəlikləri” çıxır. Əslində, film bizə bildiyimiz bir həqiqəti bir daha göstərir; həqiqi müəllim bataqlıqda belə çiçəklər açdıra bilər… Təsirli məqamlardan biri də filmin real hadisələr əsasında çəkilmiş olmasıdır.

Bəzi müəllimlərin əlləri sehrlidir, toxunduğu hər ürəkdə möcüzələr, hər beyində inqilab yarada bilir. :heart: Bəziləri isə…(

Ömər Faiq Nemanzadə Xatirələrim

Vladimir Bartol Əlamut

Bu Yazıya Tepkiniz Ne Oldu?
  • 0
    be_endim
    Beğendim
  • 0
    alk_l_yorum
    Alkışlıyorum
  • 0
    e_lendim
    Eğlendim
  • 0
    d_nceliyim
    Düşünceliyim
  • 0
    _rendim
    İğrendim
  • 0
    _z_ld_m
    Üzüldüm
  • 0
    _ok_k_zd_m
    Çok Kızdım

Ən çox sevdiyim alıntılardan biri Mən öz dinimi tapmışdım: dünyada heç nə mənə kitablardan daha önəmli görünmürdü. Kitabxana isə məbədim idi. Sartre Şəhla Rəşidova 11.081.987 doğumluyam. Azərbaycan, Bakıda yaşayıram. İlkokul öğretməniyəm.

Yazarın Profili
İlginizi Çekebilir

Bültenimize Katılın

Hemen ücretsiz üye olun ve yeni güncellemelerden haberdar olan ilk kişi olun.