Shehla Reshidova
Shehla  Reshidova
shehlareshidova@gmail.com
Vladimir Bartol Əlamut
  • 2
  • 267
  • 21 Mart 2020 Cumartesi
  • 1 Yıldız2 Yıldız3 Yıldız4 Yıldız5 Yıldız
    4 Kişi oy verdi
    Ortalama puan: 5,00.
    Bu yazıya oy vermek ister misiniz?
    Loading...
  • +
  • -

Vladimir Bartol Əlamut əsəri haqda yazdım bunu bu gün. Möhtəşəm bir əsərin daha sonuna gəldim. Qısa bir haşiyə; təkrar oxuyurdum. Dəhşətli, bir o qədər də dərs çıxarılmalı olduğunu düşündüyüm bir dövrü oxudum, tarixə toxundum, ta qədim dövrlərə – Səlcuqlar dövrünə getdim, bildiklərimi xatırladım, bilmədiklərimi öyrəndim… Öyrəndiklərim qarşısında dəhşət yaşadım. Daha çox öyrənmək üçün geniş bir […]

Vladimir Bartol Əlamut əsəri haqda yazdım bunu bu gün.

Möhtəşəm bir əsərin daha sonuna gəldim. Qısa bir haşiyə; təkrar oxuyurdum. Dəhşətli, bir o qədər də dərs çıxarılmalı olduğunu düşündüyüm bir dövrü oxudum, tarixə toxundum, ta qədim dövrlərə – Səlcuqlar dövrünə getdim, bildiklərimi xatırladım, bilmədiklərimi öyrəndim… Öyrəndiklərim qarşısında dəhşət yaşadım. Daha çox öyrənmək üçün geniş bir araşdırma eləməli olduğumu düşünürəm.

Qeyd eləyim ki, əsər, XI yüzilliyə damğasını vuran, törətdikləri terrorlarla, cinayətlərlə adı tarixə qatil təşkilat kimi keçən Həsən Səbbah və Xaşxaşilər təriqətindən bəhs eləyir. Bilənlər bilir, bilməyənlər üçün; orta əsrlərin dəhşətli terrorçu təşkilatlarından biridir. Canlı bombaların yaranmasının da əsası həmin təriqətlə başlayır… Amin Maloufun “Səmərqənd” əsərində də məlumat verilib bu təriqət haqda. Sözümün canı odur ki, oxuduqca radikal terrorçu təşkilatların kimdən ilham aldığını anlamış oluram. Eyni sistem, din adı altında eyni əxlaqsızlıqlar, eyni oyunlar, eyni qəddarlıq, eyni cəhalət, eyni tragekomediyalar… Əsərdə Ömər Xəyyam və məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın müdrik, uzaqgörən vəziri Nizamülmülkün real tarixi obrazları yaradılıb. Bu baxımdan da maraq doğuran əsərdi.

Vladimir Bartol Əlamut

Yer üzündə öz cənnətini yaradaraq, cahil, hələ dünyanı dərk etməkdə aciz, hər deyilənə inanacaq qədər saf, qanı qaynayan sadəlövh yeniyetmələri öz ətrafında toplayan, onlara xüsusi təlim-tərbiyə verən Həsən Səbbah bu gəncləri bir sözüylə ölümə, intahara göndərə biləcək gücə sahibdir. Bəs, nədir onun gücünün arxasında duran sehr?! Həqiqi cənnətin açarlarına sahib olmasımı, yoxsa başqa bir fırıldaqmı?!. Əsəri oxumaq lazımdır! ))

Əsər, bir növ gözümü açdı, görünməyənin arxasındaki həqiqətə açıq gözlə baxmağıma önayaq oldu, hər gördüyümüzün və ya bizə söylənən nağılların, əfsanələrin, “möcüzələrin” real olmama ehtimalının da fərqinə varmağıma səbəb oldu. Daha dərin düşünməyə, söylənilən hər vəsvəsəyə inanmamağın vacibliyi anlatdı, “möcüzələrin” arxasındaki saxtakarlığı da görməyimə vəsilə oldu.

Möhtəşəm bir tarix oxuyacağınıza təminat verə bilərəm. O səbəbdən də, hər kəsə oxumağı tövsiyyə eləyirəm. Oxuduqca anlayacaq və haqq verəcəksiniz… xoş oxumalar

Moskova Ekspresi Eyvaz ZEYNALOV okumak için tıklayınız

Sosyal Medyada Paylaşın:

2 yorum

  1. Değerli yazarın anlattıkları da göz önünde bulundurulursa okumaktan pişman olunmayacak bir eser gibi görünüyor. Kitap hakkındaki verdiğiniz bilgilerden ve paylaştığınız duygu ve düşüncelerinizden ötürü emeğinize sağlık, bu kitabı mutlaka okuyacağız.

Düşüncelerinizi bizimle paylaşırmısınız ?

  • ÇOK OKUNAN
  • YENİ
  • YORUM