1. Anasayfa
  2. Kültür & Sanat

Anton Çexovun Heykəli

Anton Çexovun Heykəli
0
|

Çexovun Rusiyanın Tomsk şəhərində qoyulan qeyri adi heykəli. Anton Çexovun heykəli Tom çayı sahilində yerləşir. Heykəlin uzunluğu 2 metrdir və bürüncdən hazırlanıb. Abidə Tomsk şəhərinin 400 illiyi şərəfinə ucaldılıb və ilk dəfə 20 avqust 2004-cü ildə nümayiş olunub. Yeri gəlmişkən, heykəl yerli əhalinin topladığı vəsait hesabına ucaldılıb. Abidənin müəllifi heykəltaraş Leontiy Usovdur. Müəllif əsərinə bir qədər yumoristik yanaşıb. Heykəli maraqlı eləyən də elə bu xüsusiyyətidir. O, yazıçını nəhəng ayaqlar, başında yöndəmsiz şlyapa ilə və arxadan əllərini çarpazlayaraq çətir tutan vəziyyətdə təsvir eləyib. Abidənin oturacaq hissəsində isə belə yazılıb:

“Anton Pavloviç Tomskda “Kaştanka”nı oxumamış və xəndəyə düşmüş sərxoş adamın gözündən”

Əslində, bu yolla Tomsk əhalisi Çexovdan “qisas” alırdı. Belə ki, 1890-cı ildə bir həftəlik Tomskda olan Çexov şəhər haqqında çox da xoş olmayan ifadələr işlətmiş, mənfi təəssürat yaratmışdı. O deyirdi:

“Tomsk bir qara qəpiyə də dəyməz. Cansıxıcı şəhərdir və insanları da çox darıxdırıcıdır. Şəhər sanki şərxoşdu. Küçələri palçıqdan keçmək olmur. Mehmanxanada qulluqçu mənə qaşığı verərkən onu arxasına sildi. Ancaq qadınlardan fərqli olaraq, buranın yeməkləri mükəmməldi.

Qeyd etmək yerinə düşər ki, keçilməz Tomsk palçığında ayaqqabısını itirdiyinə görə, yazıçının heykəli ayaqyalın təsvir olunub, Tomskun yeməklərinə verdiyi tərif isə öz təsdiqini, abidənin, yazıçının nahar etdiyi məşhur “Slavyanskiy bazar” restoranının düz qarşısında ucaldılmasıyla tapıb. Bütün bu ironiyalar tomskluların özlərinə qarşı ağır istehzası ilə də qarışıb: yazıçını bu vəziyyətdə yalnız həqiqətən də çuxura düşən sərxoş adam görə bilərdi.

Tomsklular bu heykələ birmənalı şəkildə yanaşmırlar. Bəziləri bu abidənin yazıçının xatirəsini təhqir etdiyini düşünür, bəziləri isə tam əksinə fikirləşir ki, bu (yumor hissi), tomskluların ən əhəmiyyətli xüsusiyyətidir. Tələbələrdə isə belə bir inanc var ki, əgər imtahandan əvvəl yazıçının heykəlinin heyrətamiz burnunu ovuşdursalar, imtahanda mütləq uğur qazanacaqlar.

Anton Çexovun heykəli

Mənbə: Spletnik.ru

Tərcümə: Şəhla Rəşidova

Vladimir Bartol Əlamut

Bu Yazıya Tepkiniz Ne Oldu?
  • 0
    be_endim
    Beğendim
  • 0
    alk_l_yorum
    Alkışlıyorum
  • 0
    e_lendim
    Eğlendim
  • 0
    d_nceliyim
    Düşünceliyim
  • 0
    _rendim
    İğrendim
  • 0
    _z_ld_m
    Üzüldüm
  • 0
    _ok_k_zd_m
    Çok Kızdım

Ən çox sevdiyim alıntılardan biri Mən öz dinimi tapmışdım: dünyada heç nə mənə kitablardan daha önəmli görünmürdü. Kitabxana isə məbədim idi. Sartre Şəhla Rəşidova 11.081.987 doğumluyam. Azərbaycan, Bakıda yaşayıram. İlkokul öğretməniyəm.

Yazarın Profili
İlginizi Çekebilir

Bültenimize Katılın

Hemen ücretsiz üye olun ve yeni güncellemelerden haberdar olan ilk kişi olun.