Ülviyyə Tahir – Aljir
  • Facebook
  • Twitter
  • 7 Mayıs 2020
  • 0
  • 363
  • 1 Yıldız2 Yıldız3 Yıldız4 Yıldız5 Yıldız
    2 Kişi oy verdi
    Ortalama puan: 5,00.
    Bu yazıya oy vermek ister misiniz?
    Loading...
  • +
  • -
Abone Ol 

Ülviyyə Tahir – Aljir

Ülviyyə Tahir – Aljir264 səhifə2019Parlaq imzalar Açıqcası, “Buqələmun” əsərilə Ülviyyə xanımın qələmini kəskin şəkildə qırmışdım. ALJİR.i oxumağıma vəsilə olan müzakirə olmasaydı, yəqin ki, çox çətinliklə müraciət eləyərdim yaradıcılığına. Lakin ALJİR bir başqa oldu və yazıçının qələminin nə qədər püxtələşdiyini göstərdi. Araşdırmalar əsasında yazılması, tarixi materiallardan, mənbələrdən istifadə olunması da əsərin dəyərini ikiqat artırır. Bu əsərlə […]

|

Ülviyyə Tahir – Aljir
264 səhifə
2019
Parlaq imzalar

Açıqcası, “Buqələmun” əsərilə Ülviyyə xanımın qələmini kəskin şəkildə qırmışdım. ALJİR.i oxumağıma vəsilə olan müzakirə olmasaydı, yəqin ki, çox çətinliklə müraciət eləyərdim yaradıcılığına. Lakin ALJİR bir başqa oldu və yazıçının qələminin nə qədər püxtələşdiyini göstərdi. Araşdırmalar əsasında yazılması, tarixi materiallardan, mənbələrdən istifadə olunması da əsərin dəyərini ikiqat artırır. Bu əsərlə yazıçının yaradıcılığı ilə yenidən və məhz bu mövzuyla bağlı əsərlə tanış olmağıma şadam…

Hər inqilab öncə öz uşaqlarını (əsgərlərini) yeyər! Necə doğru bir ifadə! Necə doğru bir təsbit!

Ülviyyə Tahir – ALJİR

Ülviyyə Tahir – ALJİR əsərilə Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsindəki acınacaqlı talelərindən bəhs eləyir və Sovet imperiyasının, sosializm quruluşunun puçluğunu yenidən gözlər önünə sərir. (Акмолинский Лагерь Жён Изменников Родины – АЛЖИР – ALJİR). Tarixə güzgü tutan əsərlərdəndir. Bu, mənim nəzərimdə əsəri daha da ucaldır

Sovet inqilabının da öz ən sadiq əsgərləri, sosializmin qurulması üçün bütün gücü, səmimiyyəti ilə, bütün əzab əziyyətlərə, çətinliklərə rəğmən, bütün inancları ilə çalışan insanları vardı. Onlar bu quruluşa inanırdılar, ümid bəsləyirdilər. Onları bir xəyala, bir nağıla inandırmışdılar. Özü də necə! Lakin…Günlərin birində bu inancları yerlə yeksan oldu. Çünki səbəbsizcə vətən xaini elan edilmişdilər, ya özləri, ya həyat yoldaşları, ya qardaşları, ya babaları, ya da ailələrindən hər hansı bir üzv. Cəzasını isə bütün ailə çəkməli idi. Xüsusilə, həbslərdən, sürgünlərdən, güllələnmələrdən geri qalan həyat yoldaşları, uşaqları, digər ailə üzvləri.

ƏSƏRİN QISA XARAKTERİSTİKASI…

Əsər, Qazaxıstanın Akmola bölgəsindəki ALJİR düşərgəsinə sürgün olunan vətən xaini damğası vurulmuş insanların həyat yoldaşlarının acınacaqlı taleyindən bəhs edir – Azərbaycan tarixinin, eləcə də, bu imperiyanın məngənəsində əzilən digər xalqların tarixinin daha bir qara səhifəsindən!
“Vətən xainlərinin” həyat yoldaşlarının saxlanıdığı 1937.ci ildə qurulmağa başlamış Qazaxıstanın ALJİR düşərgəsi. Sovet imperiyası uğrunda vuruşmuş və cümhuriyyətin yıxılmasında əməyi keçən insanlar mənim nəzərimdə bir az vətən xainidir, düzünü desəm. Lakin bunun cəzası bu qədər ağır, qeyri inasani, qəddarcasına olmamalıydı. İronik olan isə, onları uğrunda mübarizə apardıqları quruluş cəzalandırdı, özü də amansızcasına, şərəfsizcəsinə, vicdansızcasına!

Əsər, bu günlə keçmişin qarşılaşdırılması şəklində başlayır və sürəkli dövrdən dövrə səyahət zəmnində davam edir. Həmin dövrü ekranlaşdırmaq üçün hadisələrin canlı şahidlərinin birinin qızıyla əlaqə saxlayan ssenaristin düşüncələri hadisələri yaşayan insanların həyatları arasında tarixi get-gəllə davam edir. Əsas qəhrəmanlar Fərhad, onun ailəsi – həyat yoldaşı Firuzə, qızı Pərvanə, onların ailə dostları Gülnarədir. Fərhad senzura idarəsində rəhbər vəzifədə çalışır. Firuzə həm işləyir, həm qızı Pərvanənin qayğısına qalır. Gülnarə isə, dövrünün güclü mübarizəçi qadınlardan biridir və ailənin çox yaxın dostudur. Bir gün evlərinə gözlənilməz və təhlükəli qonaq gəlir. Bu gələn qonaq Gülnarəni də həyəcanlandırır. Bütün qalan dəhşətli hadisələr də elə bundan sonra qəfil və gözlənilməz bir sürətlə baş verir. Onlara ən sevdikləri, inandıqları, hər zaman yardım əli uzatdıqları, dost bildikləri insanlar xəyanət edir. Və uzun uzadı işgəncələr, sorğular başlayır.

Həbs olunanların birinin dilindən söylənən: –
“Mənim xidmətim 15 dəqiqəlik məhkəməyə dəydi. Özümü müdafiə etməyə imkan vermədilər. Axı niyə versinlər ki… Əgər kiminsə haqqında artıq qərar vermisənsə, qarşı tərəfi dinləməmək ümumi haldır. Güllələnmə…” – bu fikir hadisələrin bütün mahiyyətini açmağa kifayət edir.

Bəli, qərar artıq verilmişdi. Gerisi təfərrüatdı.

Qadınların yaşadığı dəhşətlər isə insanı sarsıtmaya bilmir. İşgəncələr, təcavüzlər, aşağılanmalar, mənəvi-psixoloji ağrılar, soyuq, şaxta, boran, aclıq, səfalət, sevdiklərinin həsrəti və o çətin şəraitdə dünyaya gətirdikləri uşaqlar – təcavüz meyvələri və hər şeyə rəğmən, inam. Bunları bir əsərdən oxumaq belə insanı sarsıdır, ruhi müvazinətini pozur. Bəs, bunları yaşayanlar?! Azad olunduqdan sonra yaşadıqlarının ağır xatirələrilə necə davam etdirdilər həyatlarını?! Stalinin ölümündən sonra aldıqları bəraət yetərli oldumu ürəklərindəki iztirabı xəfiflətməyə?! Çətin…

Bax, belə bir dövr idi, o dövr. İndi belə yükü çiyinlərimizdədi!.. Gözəl bir quruluş quracaqlarını zənn edən, inanan insanlar cəhənnəmi yaratdılar öz əlləriylə!

Kəskin tənqidlə başlayıb, təşəkkürlə bitirirəm yazımı, bizə bu tarixi yazaraq oxumaq imkanı yaratdığına görə yazıçıya, – Ülviyyə xanıma! Yeni – yeni yaradıcılıq uğurları arzulayıram!

Shehla Reshidova / Ülviyyə Tahir – Aljir

FREEDOM WRITES (Azadlıq yazıçıları)

Vladimir Bartol Əlamut

Sosyal Medyada Paylaşın:

BİRDE BUNLARA BAKIN

Düşüncelerinizi bizimle paylaşırmısınız ?

Yorum yazmak için giriş yapmalısın

  • ÇOK OKUNAN
  • YENİ
  • YORUM