Dünya Tarixində Bəraət Alan İlk Cinayətkar Billy Milligan
  • Facebook
  • Twitter
  • 14 Mayıs 2020
  • 5
  • 469
  • 1 Yıldız2 Yıldız3 Yıldız4 Yıldız5 Yıldız
    2 Kişi oy verdi
    Ortalama puan: 5,00.
    Bu yazıya oy vermek ister misiniz?
    Loading...
  • +
  • -
Abone Ol 

Dünya Tarixində Bəraət Alan İlk Cinayətkar Billy Milligan

Dünya Tarixində Bəraət Alan İlk Cinayətkar Billy Milligan ŞƏXSİYYƏT BÖLÜNMƏSİ

William Stanley Milligan 1955.ci ildə ABŞda Mayami Biçdə dünyaya gəlib. Billy Milligan psixiatriya tarixinə həkk olunmuş ən məşhur DİD (dissassotive indentity disorder- şəxsiyyət bölünməsi) diaqnozlu Amerika vətəndaşı idi. Şəxsiyyətin bölünməsindən əziyyət çəkən Billi müxtəlif cinayətlərin törədilməsində təqsirli bilinir. Bu psixi pozuntu insanın şəxsiyyətinin bir neçə fərqli şəxsiyyətlərə bölünməsidir. Belə xəstəliklərə tutulan insanlara şəxsiyyətin dissosiativ pozğunluğu diaqnozunu qoyurlar. Bu xəstəlik, uşaqlıqda yaranmış problemlərin, aqressiyanın, təcavüzün, uşağa istəmədiyi bir şeyi zorla etdirilməsi, yalnızlığın və s. nəticəsində əmələ gələ bilir. Beyin istər istəməz ikinci insanı yaradaraq, özünü sakitləşdirməyə çalışır.

Bu şəxsiyyətlərin hamısının davranışı, düşüncə tərzi bir-birindən fərqli olur. Bu hal ilk zaman üçün rahat gəlsə belə, sonradan bu artıq vərdiş halına çevrilir və bir müddətdən sonra insanı bezdirir. Müalicə zamanı məlum olur ki, Billinin xəstəliyinə səbəb ögey atası olmuşdur. Belə ki, 1963.cü ildə Billinin anası Doroti, Çalmer Milligan adlı şəxslə ailə qurur. Daha sonra Çalmer Billinin zorlanmasında günahlandırılır.

Milliqanın açıqlamalarına əsasən, digər şəxsiyyətlər məhz 8 yaşında peyda olmağa başladı – Çalmerin ilk dəfə Billini zorlamasından sonra. Lakin Dainel Kizin araşdırmalarına görə Billinin ilk şəxsiyyət bölünməsi 3-4 yaşında başlayıb.

Uilliam Stanley Milliganı 70-ci illərdə Oqayo ştatında törədilmiş bir sıra cinayətlərə görə mühakimə etmişdilər. Ancaq mühakimin vəkilləri Milliqanın psixoloji xəstə olduğunu və onun alternativ şəxsiyyətlərindən ikisinin bu cinayətləri ondan xəbərsiz törətdiklərini təsdiqlədilər. Bundan sonra Billy psixiatrik klinikaya yollandı və orda “sağalana qədər ” qalacağına dair fikirlər irəli sürüldü.

1988-ci ildək klinikada keçirilən müalicənin nəticəsində 10 ildən sonra Milliqanın tamamilə sağaldığı qəbul olunur və o azad olunur. Billi Milliqanın 24 şəxsiyyətinin xüsusiyyətlərindən yalnız 10-u üzdə olurdu, qalanları isə müxtəlif əxlaqsız davranışlar səbəbindən qarşısı sərt şəkildə alınırdı.

Billy Milligan ‘ın ŞƏXSİYYƏTLƏRİ

Həkimlər və alimlər Billy Milligan ‘ın “aləmindəki şəxsiyyətlər” ilə çətinliklə də olsa, tanış ola bilmişdilər:

* Birinci və əsas şəxsiyyət – Bu Billinin özüdür, hansı ki, daima özünə qəsd etməyə çalışır. Boyu – 183 sm, çəkisi – 86 kq, saçlarının rəngi – şabalıdı. 16 yaşında olanda o, özünü damdan atmağa çalışmışdı, lakin içindəki digər “şəxsiyyətlər” buna imkan verməmiş və onu 6 il “yuxuya” salmışlar, yalnız nadir hallarda onu “üzə çıxmağa” icazə verirdilər. Hər belə “üzə çıxış” Billi üçün əsl şok idi, çünki o, özünü ölmüş hesab edirdi; qorxudan əlinin altındakı istənilən alətlə özünə qəsd etməyə çalışırdı.

* Artur – 22 yaş. Nəfis xarakterli, təhsilli, düzgün təfəkkürlü, düşüncəli ingilis adamı İngiltərə aksenti ilə danışır. Vaxtının çox hissəsini kitabxanada keçirir. Hemotologiya yönümlü tibb və elmdə mütəxəssisdir. Ərəbcə sərbəst yazır və oxuyur. Milliqanın bədənində tək olmadığını müəyyən edə bilmişdir. Bədənin digər “üzvləri” üçün davranış qaydalarını müəyyən etmişdir. Eynək taxır.

* Reycen Vadaskoviniçin 23 yaşı var. Yuqoslaviyalı olub, ingiliscə danışıqda nisbi slovyan aksenti ilə danışır. Serb-xorvat dilində yazır və oxuyur. Çəkisi — 95 kq-dir. İri və güclü əlləri, uzun qara saçları və sallanan bığları var. Daltonik olması səbəbilə ağ-qara rəsmlər çəkir. Mahir nişancıdır, karate ustasıdır və özündəki adrenalini idarə edə bilməsi səbəbilə qeyri-adi gücünü qoruyub saxlaya bilir. Reycenin zəif cəhətləri – qadınlar və uşaqlardır, yemək və əşya oğurlamaq lazım gəlsə belə onlara tərəddüd etmədən köməklik edir.

Billy Milligan həbsxanaya düşən zaman daxilindəki Reycen ona yardım edirdi.

* Allen – 18 yaş. Fırıldaqçı, manipulyator və əla danışıq qabiliyyəti vardı. Balaban çala bilir və portret çəkə bilirdi. Boyu Billinin boyu boyda olsa da, çəkisi onun çəkisindən azdır, 75 kq. Saçlarını sağdan başlayaraq darayır. Digərlərindən fərqli olaraq siqaret çəkir və sağ əl iləiş görür.

* Tommi – 16 yaş. Həbsdən qaçmaq üzrə ustaddır. Elektrik işlərini özü müstəqil olaraq öyrənmiş, elektrik və mexaniki qurğuların işləmə prinsipini mənimsəmişdir və istənilən qıfılı aça bilir. Öz əzələ və əzələ bağlarını idarə etməyi öyrənmiş və qandallardan qurtulmağın yolunu mənimsəmişdir. Saksafonda ifa edə bilir və mənzərə rəsmləri çəkir. Aqressivdir, ünsiyyətcil deyil. Açıq-qəhvəyi saç və tünd kəhrəba rəngli gözləri var.

* Denni – 14 yaş. İnsanlardan qorxur, xüsusən kişilərdən. “Atalığı bir zamanlar” yalnız nəfəs almaq üçün yer saxlayaraq, onu diri-diri torpağa basırdığı üçün, torpağın istənilən formasında qorxur. Çiyininə qədər saçları, mavi gözləri və arıq bədən quruluşu var.

* Devid – 8 yaş. Çox həssas və kövrəkdir, lakin səhlənkardır. Vaxtının çox hissəsini nə üçün cəzalandırıldığını bilmədiyi üçün çaşqınlıq içində keçirdir. Saçları tünd qəhvəyi-qırmızı, gözləri mavi və hündür olmayan boyu vardır.

* Kristin – 3 yaş. Küncə qoyulası uşaq obrazındadır. Səbəb isə odur ki, məktəbdə və evdə küncə qoyulurdu. Danışıq qüsurunun olmasına baxmayaraq, çap hərfləri ilə yazıb-oxuya bilən təfəkkürlü balaca ingilis qızıdır. Rənglərlə və kəpənəklərlə rəsm çəkib rəngləməyi xoşlayır. Gözləri mavi rəngli, çiyninə qədər uzanan açıq rəngli saçları var. Milliqan vücudundakı şəxsiyyətlərin “sevimlisidir”.

* Kristofer – 13 yaş. Kristinin qardaşıdır. İngiltərə aksenti ilə danışır. Sözəbaxan olmağına baxmayaraq, dəcəl uşaqdır. Dodaq qarmonunda ifa edə bilir. Saçlarının rəngi Kristindəki kimi açıq palıdıdır, lakin saçın qabağı qısadır.

* Adalana – 19 yaş. Lesbiyandır. Utancaq və özünə qapanıqdır, şeir yazır, Milliqanın bədənindəki digər şəxsiyyətlərin əvəzinə yemək hazırlayır və ev təsərrüfatı ilə məşğul olur. Düz, uzun qara saçları var. Xəstəliyi səbəbindən gözlərinin özündən asılı olmayaraq kənarlara qaçmasına görə Adalanaya “Oynayan gözlər” deyirlər.

BİLLİNİN CİNAYƏTLƏRİ

Qeyd olunduğu kimi, 1975-ci ildə silahlı soyğuna görə Milliqan həbsxanaya yollanıldı.1977-ci ildə azad olunduqdan sonra həmin il Milligan yenidən həbs edilir. Bu səfər buna səbəb Oqayo ştatının universtitet şəhərciyində Billi tərəfindən zorlanmış üç qadın olur.

Milliqan üç dəfə soyğunda, üç dəfə zorakılıqda günahlandırılaraq mühakimə olunur. Onun müdafiəsi prosesində Billi Doktor Uillis K. Driskoll tərəfindən aparılan psixoloji ekspertiza nəticəsində ağır şizofreniya diaqnozu alır. Daha sonra Billi psixoloq Doroti Terner tərəfindən müayinə olunduqunda aydın olur ki, Milliqan DİD (dissassotive indentity disorder) xəstəliyindən əziyyət çəkir. Vəkilləri Hari Şveyqart və Cudi Stivenson Milliqanın günahsızlığını təsdiqlədikdən sonra Billi psixiatrik klinikaya yollanılır. Afinadakı Psixoloji sağlamlıq mərkəzində müalicə kursu alan zaman Billi Milliqanın bədəninin şəxsiyyətlərini birləşdirən 24-cü bədən “üzvü” – “Müəllim” şəxsiyyəti özünü açıq şəkildə göstərdi.
Klinikada müalicə aldığı dövrdə Milliqan daxilində mövcüd olan on şəxsiyyətdən bəhs edirdi. Doktor Devid Kol daha 14 arzu olunmaz şəxsiyyətin mövcud olduğunu aşkar edir. Aparılan prosesdə aydın olur ki, bütün cinayətlər alter şəxsiyyət 19 yaşlı lesbian Adalana tərəfindən törədilib. Onlardan hər biri, biri-birindən intelektual səviyyələrinə, qeyri-adi istedadlarına görə fərqlənirdilər.

SONRAKİ TALEYİ

1991-ci ildə 10 illik intensiv müalicədən sonra Billi Milliqan sağalmış hesab edilərək azadlığa buraxılmışdır. Onu Proqramlaşdırma, Fiziki və Riyaziyyat maraqlandırırdı. 1991-cu ildə Billi “Harsesis” adlı geniş ünsiyyət imkanlarına malik olan süni intellekt proqramını yazmış və çoxlu sayda internet saytları yaratmışdır.

Klinikadan çıxdıqdan sonra Billi Milligan Uşaq Hüquqlarının Müdafiəsi birliyində çalışır, zərər çəkmiş uşaqların iddialarının sığorta şirkətlərində təmin olunması üzrə danışıqlar aparır. Həbsdə olan savadsız insanları konsultasiya edir və onların təhsil almasına köməklik göstərirdi. Ömrünün qalan günlərini qocalar evində keçirən Milliqan 59 yaşında Kolumbusda (Oqayo ştatı) dünyasını dəyişir.
Qeyd edək ki, Daniel Kizin “Billi Milliqanın çoxsaylı şəxsiyyəti”(The Minds of Billy Milligan) kitabı Billi Milliqanın həyatı və xəstəliyindən bəhs edir. Billi Milliqanla bağlı növbəti kitablar isə “Billi Milliqanın müharibləri” və “Təsadüfi ev” (Random House) əsərləridir.

Shehla Reshidova / Billy Milligan

Sosyal Medyada Paylaşın:

BİRDE BUNLARA BAKIN

5 yorum

  1. Shehla hanım sizin gözlemleriniz ve değerlendirmelerinizle olaylara bakmak çok ufuk açıyor. Ne güzel anlatmışsınız. Her yazınızı merakla okuyorum ve çok keyif alıyorum.

    • Men teşekkür edirem, Ahu hocam. Men de maraqla, zövq alaraq oxumuş, araşdırmışdım. ❤️🌷🙏

    • Men teşekkür edirem, Ahu hocam. Men de maraqla, zövq alaraq oxumuş, araşdırmışdım. ❤️🌷🙏

Düşüncelerinizi bizimle paylaşırmısınız ?

Sponsorlu Bağlantılar
  • ÇOK OKUNAN
  • YENİ
  • YORUM