Shehla Reshidova
Shehla  Reshidova
shehlareshidova@gmail.com
Ömər Faiq Nemanzadə Xatirələrim
  • 2
  • 220
  • 17 Nisan 2020 Cuma
  • 1 Yıldız2 Yıldız3 Yıldız4 Yıldız5 Yıldız
    1 Kişi oy verdi
    Ortalama puan: 5,00.
    Bu yazıya oy vermek ister misiniz?
    Loading...
  • +
  • -

Xatirələrini oxuduğum ən möhtəşəm insanlardan biri oldu Ömər Faiq Nemanzadə. XX əsrin cahalət mühitinin yetişdirdiyi nadir şəxsiyyətlərdən, vətənsevər maarifpərvərlərdən biri idi, o. Həsən bəy Zərdabinin xatirələrini oxuyanda bu qədər həyəcanlandığımı xatırlayıram, bir də indi. Ömər Faiq Nemanzadə Bütün həyatını cahil xalq kütlələrinin maariflənməsinə adamış. Azqur, Tiflis, Şəki, Gəncə, Şamaxı, Bakı kimi böyük şəhərlərdə yeni tipli […]

Xatirələrini oxuduğum ən möhtəşəm insanlardan biri oldu Ömər Faiq Nemanzadə. XX əsrin cahalət mühitinin yetişdirdiyi nadir şəxsiyyətlərdən, vətənsevər maarifpərvərlərdən biri idi, o. Həsən bəy Zərdabinin xatirələrini oxuyanda bu qədər həyəcanlandığımı xatırlayıram, bir də indi.

Ömər Faiq Nemanzadə

Bütün həyatını cahil xalq kütlələrinin maariflənməsinə adamış. Azqur, Tiflis, Şəki, Gəncə, Şamaxı, Bakı kimi böyük şəhərlərdə yeni tipli məktəblər açdırmağa çalışmış. Buna gücü yetməsə də, mövcud məktəblərdə müəllimlik etməklə xalq kütlələrini maariflənməsinə çalışmış ziyalılardan biri olan Ömər Faiq Nemanzadə 1872 . ci il 24 dekabr Tiflis quberniyası Axaltsixe qəzası Azğur kəndində dünyaya göz açıb. Anasının təkidi ilə molla məktəbinə gedib, oranı sevmədiyinə görə yeni tipli məktəbdə oxumağa başlayıb. Qori seminariyasına hazırlaşarkən qəfildən özünü İstanbul ruhani məktəbində tapan Ömər Faiq orada da oxuya bilmir. Və İstanbul’da sultanın “Darüşşəfəq” məktəbində oxumağa başlayır. Burada oxuduğu müddətdə digər tələbələrlə birlikdə gizlicə əlinə keçən xarici ədəbiyyatları oxuyan və gözləri açılan Ömər Faiq inqilabi hərəkatlara qoşulur. Bu səbəbdən həbs olunur. Bir ay məktəbin həbsxanasında qalır, sonraki təhlükələr zamanı isə gəmiyə minərək Tiflisə gəlir. Orada da sənədləri olmadığından həbs olununur.

Uzun keşməkeşlərdən sonra Şəkidə başladığı, digər bölgələrdə davam etdirdiyi müəllimlik fəaliyyəti müddətincə avam xalq kütlələrinin ən böyük probleminin dini mövhumat olduğunu anlayır. Və buna qarşı mübarizəyə başlayır. O, mövhumatın qurbanı olan biliksiz, avam xalq kütlələrinin, kənd camaatının bir tərəfdə onları cəhalətə sürükləyən hacı, hoca, mollaların, dövlətli mülkədarların, digər tərəfdən də çar məmurlarının istibdadı altında əzildiyini ürək ağrısıyla seyr etmiş, çıxış yolu axtarmağa başlamışdır. Xüsusilə qadın hüqusuzluğu, qadınların kölə vəziyyətinə dözməyən Ömər Faiq çıxış yolunu, mətbuatda məqalələr yazmaqla xalqın gözünü açmaqda görürdü.

Ömər Faiq

Ömər Faiq Nemanzadənin əsas mübarizə hədəfi din və fitnəkar din xadimləri idi. Açıq açığına olmasa da, ki, bu həmin dövrün mövcud mövhumi, batil inancların, savadsızlığın, sünni-şiə məsələlərinin geniş vüsət aldığı dindar, cəhalət mühitində qeyri mümkün idi, özünəməxsus yollarla onlara qarşı bütün siyasəti, əzmi və səmimiyyətilə daima mübarizə aparmağa başlayır. Bu, onu Şərqi-rus qəzetinə gətirir, lakin burada Məhəmməd ağa Şahtaxtinski ilə fikir ayrılıqları ucbatından tez-tez qarşıdurma yaşayır. Xatirələri oxuduqca, bu günə qədər hörmət etdiyim, ziyalı saydığım insanların simaları açıldı gözümdə və dəyərsizləşdi bir qədər. Şəxsi mənafə ucbatında bir-birilə çəkişən ziyalı saydığımız şəxslərdən xalqa nə fayda ola bilərdi ki?!.

Ömər Faiq xatirələri

Ömər Faiq xatirələrində”Şərqi-rus” (Məhəmməd ağa Şahtaxtinski) və “Kaspi” (Əlimərdan bəy Topçubaşov) qəzetləri və onların rəhbərləri arasındaki ixtilafın səbəbini də çox gözəl açıqlaya bilib, bu baxımdan.

1905.ci il erməni-türk qırğının canlı şahidi olmuş, Ömər Faiq gördüyü dəhşətlərdən sarsılır, çarəsizcə çabalayıb çıxış yolu axtarmağa, insanların gözünü açmağa, onları siyasi oyunların qurbanı olmamağa səsləyir. O, faciənin günahkarlarını da, səbəni də xatirələrində qərəzsizcə açıqlayır.

Dəyərli maarifçinin əsas böyük işlərindən biri də Tiflisdə ilk böyük fəhlə hərəkatına başçılıq etməsi olur.

Həyatındaki dönüş nöqtəsi isə yəqin ki, Cəlil Məmmədquluzadə ilə “Qeyrət” mətbəsini açması və “Molla Nəsrəddin” jurnalının təsis edilməsilə olur. Cəlil Məmmədquluzadə ilə çiyin-çiyinə mübarizə aparan Nemanzadə, “Molla Nəsrəddin”lə özünə uzun illərdən bəri axtardığı mübarizə meydanını nəhayət tapa bilir. Mirzə Cəlillə məqsədlərinə doğru yorulmadan əzmlə çalışır, önəmli işlər görürlər.

Qeyd edim ki, Ömər Faiq Nemanzadə xatirələrini yazmağa 1927.ci ildə təqaüdə çıxdıqdan sonra başlayır. Lakin 1937.ci il represiyyası bu işin yarımçıq qalmasına səbəb olur. 1937.ci ildə başlayan dəhşətli repressiya
bizi məhrum qoyduğu digər dəyərlər kimi, bu əvəzsiz xatirələri və tariximizlə əlaqədar önəmli faktları tam dolğunluğu ilə oxumaqdan da məhrum qoyur.

Ömər Faiq Nemanzadə 1937.ci il iyulun 16.sı rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunur, oktyabrın 10.u güllələnir.

Gördüyü işlər, etdiyi təmənnasız xidmətlər üçün qarşısında baş əyilməli, sevgiylə, minnətlə xatırlanmalı tarixin bizə bəxş etdiyi dəyərli ziyalıdır Ömər Faiq. Kaş ki onun əzmindən, iradəsindən, vətəninə, xalqına duyduğu sevgidən indiki ziyalılarımızda da azacıq olaydı!!!

Sosyal Medyada Paylaşın:

2 yorum

  1. Ülke olarak Azerbaycan tarihine ve edebiyatına oldukça uzak kaldığımızı gösteren çok güzel bir yazı olmuş. Keyifle okuduğumu söylemek isterim. Işığınız hiç sönmesin…

    • Sağ olun, hocam. Bizler de yeni yeni oxuya bilirik bu deyerli insanları eserlerini. Emeyi keçen, kitabları bize hazırlayan, oxumamğıməza vesile olan bütün insanlara böyük teşekkür düşür bu anlamda

Düşüncelerinizi bizimle paylaşırmısınız ?

  • ÇOK OKUNAN
  • YENİ
  • YORUM